İdmançımız qızıl medal qazandı

İdman
15-02-2025 - 18:35
Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqrad şəhərində qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
Ajans.az xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan idmançı 16,3 metr məsafə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayıb.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.
Yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunur.
Mövzular:
Oxşar xəbərlər
"Real Madrid"də Ançelotti erası bitir - Xabi Alonso baş məşqçi postuna gətirilir
İdman12:27 / 28-10-24
Qurban Qurbanov Milli Komandanın baş məşqçisi postuna gətirilir? - Rəsmən AÇIQLANDI
İdman13:40 / 20-11-24