İcra başçısının evini SU BASIR?

İcra başçısının evini
Gündəm 28-10-2024 - 14:42
 561

Bu gün yenə yağış yağdı. Yağacaq da. Payız fəslidir axı. Həm də üzü qışa gedirik. Amma ötən yağışdan sonra biyabırçı vəziyyətə görə tədbir görülər, boşluqlar aradan qalıdırılar deyə düşünürdük. Əslində belə olmalı idi.

Amma Sabunçu yenə göl gününə düşüb. Aşıb-daşan dalğalı gölə.

Bəzi məmurların başı qarışıb. Başlarını sındırırlar. Problemin həlli üçün. Amma başqa problemin. İndi pul ala bilmirlər. Rüşvət yəni. Bu dəqiqə başı o istiqamətdə sındırırlar ki, necə edək qazanaq. Hazırki vəziyyət sərf eləmir.

Məsuliyyətiszlliyin hansı səviyyəsidir ki, ərazisində yağış sularından boğulub ölən ola bu gün yağış yağa yenə ərazidə tədbir görülməyə.

Yox əgər bu icra strukturları artıq işə yaramır və xərci borcunu ödəmir o zaman ləğv edin bu qurumları.

Bir də axı ötən yağışdan sonra axşam yığışmışdılar. Əsl xəngəl havası idi. Bəlkə o axşamdan bu axşam da olacaq. Amma əminəm ki, bir gün bəzi məmurlar üçün dəqiq axşam olacaq. Qaranlıq çökəcək otaqlarına. Qaranlıq çökəcək həyatlarına. Sonra başlayacaqlar namaz qılıb, Quran oxumağa.

Vətəndaşın həsrət qaldığı məmur qapısını bir gün qara maskalıların təpiyi açacaq.

Kabinetindən küçəyə çıxmağa əziyyət çəkən və həssas təbəqə ilə işləməyi bacarmayan məmurların işi ancaq axşam yığışmaqdır.

Sabunçu rayon icra hakimiyyətinin başçısı cənab Adil Vəliyevə və digər məsul şəxslərə bir sualım var.

Sizin yaşadığınız evi, küçəni su basır? Bəs qarabasma necə?

Tural Müseyibov
Vəzifəsi: Baş redaktor
PAYLAŞ: