Hərbi prokurorluğu yandırmaq istəyən şəxsə AĞIR CƏZA

Hərbi prokurorluğu yandırmaq istəyən şəxsə
Dünya 11-10-2024 - 11:26

Rusiyada hərbi komissarlığı yandırmağa cəhd edən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Ajans.az xəbər verir ki, bu barədə TASS FSB-nin Altay ərazisi üzrə idarəsinə istinadən məlumat yayıb. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, 2023-cü ilin noyabrında yerli sakin internet vasitəsilə Rusiyada qadağan olunmuş terrorçu yarımhərbi təşkilatın nümayəndələri ilə əlaqə saxlayıb və regionda yüksək vəzifəli şəxslərə qarşı, həmçinin də inzibati obyektlərdə terror aktları törətməyə hazır olduğunu bildirib. Bundan sonra adama molotof kokteyli ilə şəhərin hərbi komissarlıqlarından birini yandırmaq tapşırığı verilib. Tapşırığı yerinə yetirmək istəyərkən rusiyalı FSB əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 275.1-ci (“Xarici dövlətlə konfidensial əsaslarla əməkdaşlıq”), 205.5 (“Terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirak etmə”), 205.3 (“Terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirak etmə”), 205.3 (“Terrorçuluq fəaliyyətini həyata keçirmək məqsədilə təlim keçirmə”) maddələri ilə təqsirli bilinib. Kişi ilk üç ilini həbsdə, qalan müddətini isə xüsusi rejimli islah koloniyasında keçirəcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: