Hər üç uşaqdan birində bu problem var - ARAŞDIRMA

Hər üç uşaqdan birində bu problem var -
Maraqlı 08-10-2024 - 17:00

Qlobal tədqiqatlar əsasən uşaqlarda get-gedə görmə qabiliyyətinin pisləşdiyini üzə çıxarıb. Belə ki, hər üç uşaqdan birində oftalmoloji problemlər qabarıq şəkildə özünü biruzə verir.

Ajans.az xəbər verir ki, azyaşlılarda görmə problemləri əsasən pandemiya dövründən sonra baş verib. Buna səbəb, onların açıq havada daha az, internetdə isə daha çox vaxt keçirmələridir. Telefon və ya planşetin ekranına saatlarla baxmaq miyopia (miyopia - gözün şüa sındırma qüvvəsinin (refraksiya) qüsuru olub, təsvirin gözün kökündə, torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir - red) kimi ciddi problemlərə yol açır.

Sözügedən təhlil xəbərdarlıq edir ki, 2050-ci ilə qədər daha milyonlarla uşaq oftalmoloji məsələlərdən əziyyət çəkəcək.

Ən yüksək göstəricilər Asiyadadır. Yaponiyada azyaşlıların 85 faizi, Cənubi Koreyada 73 faiz, Çin və Rusiyada isə 40 faizdən çoxu   hipermetropiyadan (hipermetropiya: uzaqdan görmə - red) əziyyət çəkir.

"British Journal of Ophtalmology" adlı jurnalda dərc olunan araşdırma altı qitədə, 50 ölkədə 5 milyondan çox uşaq və yeniyetməni əhatə edir. Məqalədə bəlli olub ki, 1990-2023-cü illərdə göz problemləri 36 faiz, yəni 3 dəfə artıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: