HƏMAS-ın iki komandiri ÖLDÜRÜLDÜ
İsrail Müdafiə Qüvvələri ilə Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) Livanda birlikdə keçirdiyi əməliyyat zamanı HƏMAS-ın əməliyyat bölməsinin komandiri Məhəmməd Hüseyn Əli əl-Mahmud öldürülüb.
Ajans.az xəbər verir ki, o, İudeya və Samariya bölgəsində terror aktlarına liderlik edib.
Tripoli ərazisində həyata keçirilən daha bir birgə əməliyyat zamanı HƏMAS-ın hərbi qanadının nümayəndəsi Səid Alaa Naif Əli öldürülüb.
Məlumatda onun İsrail obyektlərinə hücumlara rəhbərlik etdiyi və HƏMAS sıralarına döyüşçülər cəlb etdiyi bildirilib.