Həftəsonu Bakıya qar yağacaq, şaxta olacaq - PROQNOZ

Həftəsonu Bakıya qar yağacaq, şaxta olacaq -
[email protected]
Cəmiyyət 06-02-2025 - 14:02
 2108

Fevralın 8 və 9-da Bakıda hava şəraiti kəskin dəyişəcək.

Ajans.az "pogoda.mail.ru"ya istinadən xəbər verir ki, bu günlərdə Bakıya qar yağacağı və temperaturun aşağı düşəcəyi gözlənilir.

Fevralın 8-də gündüz saatlarında havanın temperaturu +3 dərəcə olacaq. Axşama doğru isə yağışın qara çevriləcəyi proqnozlaşdırılır. Gecə saatlarında temperatur -3 dərəcəyə qədər enəcək. 

Fevralın 9-da soyuq hava davam edəcək. Gündüz saatlarında temperatur +2 dərəcə olsa da, gecə saatlarında şaxta -4 dərəcəyə çatacaq. 

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: