Həbsdə olan Rəşad Dağlının Namiq Qaraçuxurlu ilə fotosu yenidən GÜNDƏMDƏ - FOTO

Həbsdə olan Rəşad Dağlının Namiq Qaraçuxurlu ilə fotosu yenidən GÜNDƏMDƏ -
Rəşad Dağlı
Gündəm 20-11-2024 - 13:07
 564

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının həmkarı Namiq Qaraçuxurlu ilə fotosu yenidən gündəmə gəlib. 

Ajans.az xəbər verir ki, fotonu meyxanaçı Namiq Qaraçuxurlu qətl törədən həmkarı Rəşad Dağlı ilə bağlı o tutulduğu zaman paylaşım etmişdi.

Həmin paylaşımda deyilirdi: “İnşallah, tezliklə azadlığa çıxasan. Ailənin, bütün sevənlərinin yanında olasan. Dualarımız səninlədir, Rəşad”.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Dağlı 9 il azadlıqdan məhrum edilib.

PAYLAŞ: