Hava hücumlarından sonra uçuşlar bərpa EDİLDİ

Hava hücumlarından sonra uçuşlar
Hava limanı
Dünya 11-03-2025 - 10:30

Şeremetyevo hava limanı Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra tətbiq edilən uçuş məhdudiyyətlərini ləğv edib.

Ajans.az xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako Telegram kanalında məlumat verib.

Qeyd olunur ki, Moskva hava limanında təyyarələrin qəbulu və buraxılışı saat 8:55-də bərpa edilib.

“Xalça” planı dövründə hava limanına gedən 18 təyyarə alternativ aerodromlara yönləndirilib.

Daha əvvəl bildirilmişdi ki, Samara və Çelyabinsk reyslərində Şeremetyevodan uçan sərnişinlər bir neçə saat təyyarələrdə oturublar. Təyyarələr pilotsuz təyyarələrin hücumu səbəbindən buraxılmayıb.

Martın 11-də Moskvaya dron hücumu xüsusi əməliyyat zamanı ən kütləvi hücum olub. Bu səbəbdən paytaxtın bütün limanları bağlanıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: