Harris Baydenin siyasətini davam etdirməyəcək!

Harris Baydenin siyasətini davam etdirməyəcək!
Siyasət 17-10-2024 - 11:40

 ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, hazırkı prezident Co Baydenin kursunu davam etdirməyəcək.

Ajans.az xəbər verir ki, Harris bunu “Fox News”a müsahibəsində deyib .

"Mənim prezidentliyim Baydenin davamı olmayacaq və səlahiyyət müddətinə başlayan hər hansı digər prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi, eləcə də yeni ideyalarımı gətirəcəyəm", - deyə, vitse-prezident bildirib.

Harris, Baydenin kursunu davam etdirmək istəmədiyini söyləyib, çünki o, "yeni liderlər nəslini" təmsil edir. Demokrat namizədin sözlərinə görə, hazırkı Amerika liderindən fərqli olaraq, onun siyasi karyerasının böyük hissəsi Vaşinqtondan kənarda keçib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: