Gürcüstanda etirazlar zamanı 400-dən çox insan həbs edildi

Gürcüstanda etirazlar zamanı 400-dən çox insan
Gürcüstan
Siyasət 09-12-2024 - 12:29

Hüquq-mühafizə orqanları noyabrın 28-dən Gürcüstanda etiraz aksiyalarında iştirak edən 400-dən çox insanı saxlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat verib. 

“Noyabrın 28-dən keçirilən etiraz aksiyası çərçivəsində 30-dan çox şəxs müəyyən edilərək cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilib. Bundan başqa, 372 nəfər inzibati qaydada tutularaq barələrində cinayət işi başlanılıb. Artıq 62 nəfər inzibati həbs cəzasına məhkum edilib, 100-dən çoxu isə cəza növü kimi cərimələnib”, - deyə bəyanatda bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi əlavə edib ki, etirazlar zamanı 150-dən çox polis əməkdaşı yaralanıb. Qeyd edək ki, Noyabrın 28-də Gürcüstanın paytaxtı Tbilisidə və bir sıra digər şəhərlərdə hakimiyyət ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etdikdən sonra etirazlar başlayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: