Gürcüstan prezidenti bir həftə vaxt verdi
Gürcüstan prezidenti Salome Zurabişvili hakimiyyətə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verib.
Ajans.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə o, mitinqdə deyib.
O, dekabrın 23-də vətəndaşlar üçün təfərrüatları olan videomüraciət çəkəcəyini vəd edib və səhnədəki texniki nasazlıqlara görə çıxış edə bilməyəcəyini bildirib.