Gürcüstan bu ölkələrin vətəndaşlarını deportasiya etdi

Gürcüstan bu ölkələrin
Gündəm 09-02-2025 - 18:46

Ötən ay Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları müxtəlif ölkələrin 37 vətəndaşını deportasiya edib.

Ajans.az xəbər verir ki, bu addım “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanunu əsasında atılıb.

Vətəndaşları deportaiya edilən ölkələr Moldova, Misir, Ermənistan, Rusiya, İraq, İran, Türkiyə, Pakistan, Türkmənistan, Hindistan, Banqladeş və Nigeriyadır.

PAYLAŞ: