Goranboyda maşın aşdı- Xəsarət alan var

Hadisə
11-03-2025 - 17:48
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ "markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriıib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma apararılır.