"German Hospital"da ginekoloji əməliyyat zamanı həkim məsuliyyətsizliyi - VİDEO

"German Hospital"da ginekoloji əməliyyat zamanı
Ləman Əliyeva
Gündəm 08-01-2025 - 18:45
 282

Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib. 

Ajans.az xəbər verir ki, həkim bu barədə öz “Instagram” hesabında paylaşım edib. 

Görüntülərdən məlum olur ki, “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb. 

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. 

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Səhiyyə Nazirliyi məsələ ilə bağlı münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, faktla bağlı yoxlamalara başlanılıb.

Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.

Açıqlamada qeyd olunur ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bir əməliyyat prosesi zamanı bu tip addım atmaq qətiyyən düzgün deyil, həm gigiyena qaydalarına ziddir, həm də pasientin həyatı təhlükə altına düşür. Əməliyyat icra edilən otaq daim steril olmalıdır və oraya cərrah, həmçinin də əməliyyat heyətindən başqa heç kəs daxil ola bilməz.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: