Gəncədə qadın dəm qazından ZƏHƏRLƏNDİ
![Gəncədə qadın dəm](https://ajans.az/uploads/images/202502/image_940x_67ae3727a68f1.webp)
Gəncədə 64 yaşlı qadın dəm qazından zəhərlənib.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Kifayət Nəsibova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə K.Nəsibova yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.