Gənc cütlüyün toyunda yaşananlar hamını məyus etdi - VİDEO
ABŞ-nin Oreqon ştatında yaşayan Kalina Mari və Şeyninin toyu gözlənilmədən kədərli anlara çevrilib.
Ajans.az xəbər verir ki, cütlük 100-dən çox adama dəvət göndərsə də, onların toyunda cəmi 5 nəfər iştirak edib.
Hazırlanan bütün yemək və içkilərin boşa getdiyini bildirən Mari məyusluqlarını sosial şəbəkədə paylaşıb. Bu anlar sosial mediada böyük müzakirələrə səbəb olub və bir çox istifadəçi vəziyyətə reaksiya verib.
Doqquz ildir birlikdə olan və bu ilin yanvarında nişanlanan cütlük qonaqların niyə gəlmədiyini anlamadılqarını bildiriblər. Üstəlik, gəlməyən qonaqların əksəriyyəti təbrik mesajı belə göndərməyib. “TikTok”da 7 milyon dəfədən çox baxılan toy görüntüləri sosial mediada böyük müzakirələrə səbəb olub. Çox məyus olan gəlin Kalina Mari, "Ən qatı düşmənimin belə belə bir şey yaşamasını istəməzdim" deyərək kədərini dilə gətirib.