Gələn il 750 metodist işə götürüləcək

Gələn il 750 metodist
müəllim
Gündəm 21-11-2024 - 11:27

“Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2026-cı ilin sonuna qədər müasir metodiki xidmətdə çalışan peşəkar işçilərin sayının 2250 nəfərə çatması hədəfi müəyyən edilmişdir”.

Ajans.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, təhsildə müasir metodiki xidmətin təşkili, bu işlərin icrası ilə bağlı növbəti ildə 750  nəfər metodistin işə cəlb olunması məqsədilə dövlət büdcəsində 7.1 milyon manat vəsait proqnozlaşdırılıb.

PAYLAŞ: