Finlandiya Rusiya sərhədi yaxınlığında təlimlərə başladı

Finlandiya sərhədçiləri bu həftə və gələn həftə Rusiya ilə olan sərhədin mühafizəsi təlimlərini keçirəcək.
Ajans.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” televiziyası məlumat yayıb.
“Cənub-Şərqi Finlandiya Sərhəd Mühafizəsi şərq sərhədindəki sərhəd keçid məntəqələrində sərhəd mühafizəsi təlimləri təşkil edir”, - məlumatda deyilir.
Təlimlər İmatra, Nuiyamaa, Vaalimaa və Virolahti rayonlarında keçiriləcək.
Təlimlərə polis, gömrük, xilasetmə və müdafiə qüvvələrinin şəxsi heyətindən ümumilikdə 300-ə yaxın şəxs cəlb edilib.