Əsədin devrilməsi İran üçün “tarixi ölçüdə zərbə” oldu - KİV
“Suriya prezidenti Bəşər Əsədin devrilməsi İran üçün “tarixi ölçüdə bir zərbə” oldu”.
Ajans.az xəbər verir ki, bu sözləri 2008-2017-ci illərdə İran üzrə ABŞ kəşfiyyatının baş zabiti olmuş Norman Roul deyib.
“İsrail, Suriyada təcrübəsi olan Hizbullah və SEPAH komandirlərinin bir nəslini məhv etdi və bürokratik şəbəkələri və koordinasiya imkanlarını özləri ilə götürdülər”, - ABŞ kəşfiyyatı zabiti bildirib.
O vurğulayıb ki, Tehran on ildən artıq vətəndaş müharibəsində Əsədi dəstəkləməsinə baxmayaraq, onu açıq şəkildə tərk edib.
Bundan əvvəl İranın İsraildən gələn hava zərbələri təhlükəsi səbəbindən prezidentlikdən istefa verən Bəşər Əsədə kömək etmədiyi bildirilib. Qeyd olunub ki, Suriyaya gedən İran təyyarəsi yaranan təhlükə fonunda dönüş edib.