Əsəd tərəfdarları hücum keçdi: 13 nəfər öldü

Əsəd tərəfdarları hücum keçdi:
Gündəm 06-03-2025 - 22:55

Cəblə şəhərində keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplarla toqquşmalarda Suriyanın yeni hökumətinin Dövlət Təhlükəsizlik İdarəsinin ən azı 13 əməkdaşı həlak olub.

Ajans.az xəbər verir ki, bu barədə “Suriya” telekanalı məlumat yayıb.

Bildirilib ki, bir qrup Əsəd tərəfdarı Cəblə şəhərinin yaxınlığında Suriyanın yeni administrasiyasının Dövlət Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib.

Tərəflər arasında toqquşmaların hələ də davam etdiyi bildirilib.

PAYLAŞ: