Ermənistan bu ay Azərbaycanla sülh sazişini imzalamağa hazırdır - Paşinyan
Oktyabr ayı ərzində Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.
Ajans.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən toplantısında deyib.
O, bu qərarın ölkəsinin rəsmi mövqeyi olduğunu da sözlərinə əlavə edib.