Ermənistan sülh sazişi ilə bağlı Azərbaycana təklif göndərdi
İrəvan Bakıya sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi ilə bağlı təkliflər göndərib.
Ajans.az xəbər verir ki, bu məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
"Biz sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həlli yollarını təklif etmişik", - Paşinyan “Armenpress”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycandan müsbət cavab olarsa, Ermənistan müvafiq sazişi imzalamağa hazırdır.