Ermənistan parlamentinin sədri türkiyəli həmkarı ilə görüşünün təfərrüatları AÇIQLANDI
Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşün təfərrüatlarını təqdim edib.
Ajans.az xəbər verir ki, bu barədə Alen Simonyan sosial şəbəkə hesabında paylaşım edib.
"Mənim Parlamentlərarası İttifaqın 149-cu Məclisi çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri ilə mənalı görüşüm oldu. Biz ikitərəfli məsələlərin geniş spektrini, Cənubi Qafqazda və bütövlükdə regionda sülh prosesini müzakirə etdik. Mən Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsini təqdim etdim. Əlaqələrimizi davam etdirməyə razılaşdıq”, - o sosial şəbəkələrdə yazıb.