Ərdoğandan 6 milyard dollarlıq layihə!
Prezident Ərdoğan Türkiyənin Somalidə ballistik raket və kosmik raketləri sınaqdan keçirmək üçün kosmos bazası quracağı ilə bağlı müjdə verib.
Ajans.az xəbər verir ki, Somali hökuməti 6 milyard dollarlıq layihəyə viza verib.
Türkiyə Somali Neft və qaz kəşfiyyatı ilə yanaşı, həm də kosmik baza üzərində işləməyə başlayır. Somalinin investisiya üçün viza verdiyi öyrənilərkən, layihənin dəyərinin 6 milyard dollar civarında olduğu təxmin edilir.
Türkiyənin ballistik raket proqramı uzun mənzilli sınaqlar tələb edir, ona görə də baza böyük əhəmiyyət kəsb edir. Ölkə ekvatora yaxın yerləşdiyindən kosmodrom üçün də əlverişli hesab edilir. Ekvator yaxınlığında keçiriləcək sınaqlar da kosmik raketlərin uçuş məsafəsini və effektivliyini artırmağa kömək edəcək. Layihə reallaşarsa, ənənəvi olaraq qlobal güclərin hakim olduğu kosmos yarışında Türkiyə “mən də varam” deyəcək.
Bundan əlavə, prezident Ərdoğanın türk dənizçilərinin Somalililərə balıq tutmağı öyrədəcəyi ilə bağlı məlumatı görüşdə paylaşdığı öyrənilib. Kifayət qədər təbii limanlara malik olmayan Somalidə balıqçılıq sənayesi digər dövlətlər tərəfindən istismar üçün istifadə olunur. Türkiyə qəzetində yer alan xəbərə görə, Somali bu qeydiyyatsız fəaliyyətləri ilə 300 milyon dollarlıq qazancdan məhrumdur.