Ərdoğan Blinkenlə görüşüb: Nə müzakirə etdilər?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqları zamanı Ankaranın milli təhlükəsizlik baxımından Suriyadakı terror təşkilatlarına qarşı tədbir görəcəyini bildirib.
Ajans.az xəbər verir ki, siyasətçinin sözlərini RİA Novosti sitat gətirib.
“Prezident Ərdoğan bildirib ki, Türkiyə bütün terror təşkilatları, xüsusilə də Suriyada fəaliyyət göstərən PKK / PYD /YPG (Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası) və İslam Dövləti (İŞİD) terror təşkilatlarına qarşı qabaqlayıcı tədbirlər görəcək. Türkiyə üçün təhlükə mənbəyidir”, - Türkiyə liderinin ofisi bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərə gələn ABŞ dövlət katibi Antoni Blinkeni Ankara hava limanında qəbul edib. Görüş jurnalistlərə qapalı keçirilib. Söhbətin təfərrüatları açıqlanmayıb.