Ərdoğan Azərbaycan səfirinə mükafat verdi - VİDEO

Gündəm
06-02-2025 - 20:12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat verib.
Ajans.az xəbər verir ki, mükafat Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin iki illiyinə həsr olunmuş mərasimdə təqdim olunub. Türkiyə Prezidenti zəlzələ zamanı ilk yardıma gələn Azərbaycana salam və ehtiramını bildirib.
“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, - deyə Ərdoğan vurğulayıb.
Mövzular:
Oxşar xəbərlər
Rusiyada Azərbaycan mafiyasının lideri kim olacaq: "Silahlar işə düşür" - DETALLAR
Gündəm15:41 / 09-12-24