Ərazidə Türkiyə bayrağı qaldırıldı: Yeni dövlətin müstəqilliyi tanınır - TƏCİLİ

Ərazidə Türkiyə bayrağı qaldırıldı:
Türkiyə ordusu
Gündəm 02-12-2024 - 11:07
 2263

Xəbər verdiyimiz kimi, Suriyada üsyançılar Əsəd rejiminin nəzarətində olan Hələb şəhərini ələ keçirib. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Suriya Milli Ordusu (SMO) "Azadlıq Şəfəqi" əməliyyatına başlayıb. Son məlumatlara görə, Rusiya qırıcıları Hələb Universitet Xəstəxanasına hava hücumu təşkil edib. Yerli mənbələrin verdiyi xəbərə görə, Su-24 tipli Rusiya qırıcılarının təşkil etdiyi hücum nəticəsində ilkin məlumata əsasən, 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

BMT və ABŞ, Əsəd rejimini mülki əhaliyə qarşı zorakılıqda ittiham edir. Beynəlxalq səviyyədə qəbul edilmiş 2254 saylı qətnaməyə uyğun olaraq, münaqişənin siyasi həlli üçün çağırışlar yenidən güclənib. Lakin hər iki tərəf arasındakı danışıqlar, rejimin sərt mövqeyi səbəbindən irəliləyiş əldə edə bilmir. Bundan əlavə bu gecə Suriyada Bəşər Əsədin qüvvələrini məğlub edərək, Hələbi demək olar ki nəzarətə götürən müxalif qüvvələr Hələb qalasından Türkiyə bayrağı asıblar. 

Maraqlıdır, baş verən hadisələrin axarı necə cərəyan edəcək?

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Ajans.az-a bildirib ki, hazırda Suriyada həm daxili, həm də beynəlxalq oyunçular arasında qarşıdurma davam edir, bu vəziyyətin nə vaxt və necə həll olunacağı isə qeyri-müəyyən olaraq qalır:

"Suriya ordusunun vəziyyəti çox bərbaddır. İndi hər şey İran və Rusiyanın atacağı addımdan asılıdır. İranın əsas dayağı olan Hizbullah öz canının hayındadır. Qalır İranın və onların dəstəyindən istifadə edən qüvvələrin fəaliyyətindən. İraqın könüllü Şiə ordusu var. Onlar deyib ki, Suriyanı tək qoymayacağıq. Suriya ərazisində İranın maliyyələşdirdiyi bəzi qruplaşmalar var. Hansı ki, əfqanlar, pakistanlılar, şiələr və s. Onlar hələki döyüşə girməyib".

Politoloq qeyd edib ki, son məlumatlara görə artıq Suriya ordusu əks-hücum əməliyyatına hazırlaşır. Onun sözlərinə görə, Suriyada ağır döyüşlər gedir və bunun daha da şiddətlənəcəyi istisna olunmur:

"Hazırda nə isə demək çox çətindir. Əsəd rejiminin qalacaqmı, yoxsa gedəcəkmi bilinmir. Hələb qalasından Türkiyə bayrağı asılması isə müxalif qüvvələrin bir növ Türkiyənin iştirakı üçün təşəkkür ifadəsi demək idi. Bu gərginlik bir daha sübut edir ki, Suriyada davamlı sülh üçün beynəlxalq cəmiyyətin fəal iştirakı və birgə səyləri tələb olunur. Hazırkı vəziyyət yalnız Suriya xalqının deyil, həm də regional sabitliyin təhlükə altında olduğunu göstərir.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: