"Əgər orada bir ağıllı adam varsa..." - Sabiq nazir müharibə ehtimalından DANIŞDI

"Əgər orada bir ağıllı adam varsa..." -
Siyasət 11-03-2025 - 17:56
 272

“Mən inanmıram ki, Ermənistan hansısa bir müharibəyə başlasın”.

Bunu Ajans.az-a açıqlamasında Azərbaycanın keçmiş XİN rəhbəri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, bu, Ermənistan üçün böyük səhv olar:

“Nəticələri onlar üçün heç yaxşı olmayacaq. Əgər orada bir nəfər ağıllı adam varsa, müharibəyə başlamaz. Fransa ya başqa ölkə olsun, kim nə deyir desin, müharibə olacaqsa, bu qərarı yenədə Ermənistan hakimiyyəti verməlidir. Mən yenə də inanmıram. Ermənistan rəhbərliyinin bəyanatlarını şərh etsək, analiz etsək, bu görünür. Mən şəxsən bunu hiss etmirəm.

Sabiq nazir gələn il Ermənistanın konstitusiya dəyişikliyinə gedəcəyini düşündüyünü deyib:

“Düşünürəm ki, Paşinyan özü gələn il yeni konstitusiya qəbul etdirəcək. İnanıram ki, orada Azərbaycana qarşı olan iddialarla ərazi bütövlüyünü sual altında qoymazlar.  Belə başa düşürəm ki, Paşinyan və komandası istəyir ki, sülh bağlansın və hər şey keçmişdə qalsın”.

PAYLAŞ: