İsrail nazirindən ŞOK AÇIQLAMA: Qəzzanı işğal edəcəyik!

İsrailin maliyyə naziri Bezalel Smotriç ölkəsinin Qəzzanı işğal etməli olduğunu müdafiə edərək, işğal sözündən qorxmamalı olduğunu bildirib.
Ajans.az xəbər verir ki, İsrailin könüllü köçü təşviq etməli olduğunu deyən Smotriç, bu yolla Qəzza əhalisinin 2 il ərzində yarıya qədər azala biləcəyini iddia edib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, Qəzzanı işğal etməyə çağıran Smotriç, “İsrail Qəzzanı işğal edə bilər və etməlidir. İşğal sözündən qorxmaq lazım deyil” ifadələrini işlədib.
O bildirib ki, İsrail ordusunun Qəzzada qalması lazımdır:
“Qəzzanın şimalı tamamilə işğal edilməlidir. HƏMAS-a deməliyik ki, girovları geri qaytarmasalar, biz həmişəlik orada olacağıq və bu, Qəzza ərazisinin üçdə birinə başa gələcək”.