Əfqanıstanda faciə: 35 fəhlə uçqun altında qaldı

Əfqanıstanda faciə:
Əfqanıstan
Dünya 15-12-2024 - 16:47

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.

Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.

PAYLAŞ: