ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırıldı

ƏDV-dən azad olunan publik hüquqi şəxslərin
Gündəm 23-01-2025 - 19:48

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, siyahıya Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.

Bu Fərman 2024-cü il sentyabrın 1-dən tətbiq edilir.

PAYLAŞ: