Dünyaca məşhur şef dünyasını dəyişdi!
Dünyanın ən yaxşı balıq aşpazı kimi tanınan Maykl Vollenberq İstanbul yaxınlığında “karavan” idarə edərkən yük maşını ilə toqquşub.
Ajans.az xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Maykl Vollenberqi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və onun ölümü yaxınlarını yas içində qoyub. Həmin vaxt aşpazın iki iti də yanında olub, onların taleyi məlum deyil.
Keçmiş ortağı Vollenberqin Kiprə köçmək istədiyini qeyd edib. O bildirib ki, Maykl Almaniya siyasətindən bezib və orada yeni həyata başlamaq istəyib.