Dumana görə yollarda görünüş MƏHDUDLAŞACAQ

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.
Bu barədə Ajans.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Oktyabrın 7-də gecə və səhər bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.