Di Mariadan diqqətçəkən Mourinyo ETİRAFI
"Benfika"nın ulduz hücumçusu Anxel Di Maria müsahibəsində "Fenerbahçe"nin baş məşqçisi Co Mourinyo ilə bağlı önəmli açıqlamalar verib.
Ajans.az xəbər verir ki, Di Maria “Real Madrid”ə gələndə sol cinahda oynamaq şansının olmadığını, ona görə də sağ cinahda oynamağa başladığını bildirib. O, Mourinyonun sol cinahda oynamaq imkanı olmadığı üçün ona heç nə deməyə məcbur olmadığını bildirib.
Televiziyaya verdiyi müsahibədə Mourinyo ilə yollarının kəsişməsinin nə qədər kritik olduğunu izah edən Di Maria “Uşaqlığımdan bəri həmişə sol cinahda oynamışam. 2010-cu ildə Real Madridə gələnə qədər belə idi. 2011 mövsümündə Kriştiano Ronaldo qarşı tərəfdə oynayırdı və mən yeni yer tapmalı idim. Nəhayət sağ tərəfə keçdim və bəyənməyə başladım. Orada özümü çox rahat hiss etməyə başladım və karyeram boyu sağ cinahda oynamağa davam etdim” -, deyə bildirib.
Həmin vaxt mövqelərini dəyişməli olduğunu bildirən Di Maria, “Mourinyonun mənə heç nə deməsi lazım deyildi. Sol cinahda oynamaq mənim üçün mümkün deyildi. 4-3-3 sistemi ilə oynayırdıq və sol tərəfdə yer tapmaq mənim üçün çətin idi. Kərim Benzema və Qonzalo Hiquain hücumçu idi. Sağ cinahda oynamalı idim. İçimi kəsərək yeni bir tərəfimi kəşf etdim və oynamağa öyrəşdim. Mourinyo inanılmaz bir insandır. O, futbolçularını 100 faiz, sona qədər müdafiə edir. 100 faiz versəniz, həyatını sizə verəcək. Üç çox yaxşı ilimiz oldu. Heç bir şey yoxdur. Onun haqqında mənfi nə deyə bilərəm ki?” ifadələrini işlədib.