Daşkəsəndə bir ailənin 3 üzvü zəhərləndi

Daşkəsəndə bir ailənin
Gündəm 24-02-2025 - 23:21

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

 Ajans.az xəbər verir ki, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-ci il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Onların qidadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: