Daha bir ölkədə etiraz aksiyaları başlayır

Daha bir ölkədə etiraz aksiyaları
Moldova
Siyasət 09-12-2024 - 12:51

Moldovada müxalifətdə olan “Pobeda” blokunun lideri İlan Şor növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün etiraz aksiyalarına çağırıb.

Ajans.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Telegram” kanalında yazıb.

“Bizim küçələrə çıxıb bu ikiüzlüləri yıxmağın və ədalətli seçkilər keçirməyin vaxtı çatıb”, - Şor yazıb.

Bundan əlavə, o, Avropa ölkələrini rumınlara və moldovalılara “mal-qara kimi davranmaqda” və Moldovada seçkilərin keçirilməsinə müdaxilə etməkdə ittiham edib.

Bundan əvvəl Şor bildirib ki, Avropa İttifaqı (Aİ) Moldovanın Avropa yönlü kursu ilə razılaşmayan müxalifətə qarşı açıq şəkildə repressiyaya keçib. Siyasətçinin sözlərinə görə, Avropa İttifaqı Moldova ilə bərabərhüquqlu tərəfdaş kimi davranmır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: