Daha bir ölkə Ukrayna sərvətlərinə göz dikdi

Almaniya da Ukraynanın nadir torpaq metallarını əldə etmək istəyir.
Ajans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu alman politoloq Harli Şlanger “İzvestiya” nəşrinə müsahibəsində deyib.
“Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Merz də Ukraynanın təbii sərvətlərinə çıxışı təmin etməyə çalışır. O, xammalın bir hissəsini Ukraynadan almağa və müqavilə bağlamağa çalışacaq”, – deyə politoloq bildirib.
H.Şlangerin fikrincə, yeni kansler bu məsələdə ABŞ Prezidenti Donald Trampla rəqabət aparacaq.
Qeyd edək ki, Almaniyada keçirilən seçkilərdə Xristian İttifaqı (CDU/CSU) qələbə qazanıb.