Cütlük 43 il ərzində 12 dəfə evlənib boşandı - ŞOK

Cütlük 43 il ərzində 12 dəfə evlənib boşandı -
Cütlük
Maraqlı 13-12-2024 - 12:10

Avstriyada cütlük 43 il ərzində 12 dəfə evlənib və boşanıb.

Ajans.az xəbər verir ki , bunun sayəsində kişi və qadın dövlətdən 326 min avro (35 milyon rubl) ala bilib.

Toyların və boşanmaların bitməyən dövrü cütlüyün ilk dəfə evləndiyi 1982-ci ildən bəri davam edir. Qadın üçün bu, ikinci evlilik idi, birinci yoldaşı dünyasını dəyişmişdi. İkinci əri də ondan bir neçə yaş kiçik idi və yük maşını sürücüsü işləyirdi.

Altı il sonra qadın ərinin məşğuliyyəti nəticəsində yaranan münasibətlərə "düzəldilməz ziyan vurduğunu" əsas gətirərək ondan boşanıb. Ancaq boşanma təsdiqləndikdə, o, eyni kişi ilə yenidən evləndi. Bundan sonra kişi və qadın üç ildən bir evlənir və boşanırlar. Bütün bu müddət ərzində birlikdə yaşadılar, heç vaxt mübahisə etmədilər və boşandıqdan sonra da ayrılmadılar.

Hər toydan sonra indi 73 yaşı olan qadın dövlətdən 27 min avro alıb ki, bu da Avstriya qanunlarına görə, yeni evlənənlərin hesabınadır. Pensiya fondu 12-ci dəfə ödənişdən imtina edib.

Məhkəmədə ödəniş almaq cəhdi uğursuzluqla nəticələnib. 2024-cü ilin mart ayında Ali Məhkəmə iddianı rədd edib və cütlüyün ödənişləri əldə etmək üçün istifadə etdiyi taktikanın qanunlardakı boşluqdan istifadə etdiyini müəyyən edib. İndi onların fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Cütlük dələduzluq ittihamı ilə üzləşə bilər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: