Cənubi Koreya prezidenti edam edilə bilər
Cənubi Koreyada müxalifət hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident Yun Suk-yeola qarşı impiçment prosesinə başlayıb.
Ajans.az xəbər verir ki, Yun təqsirli bilinsə, ömürlük həbs və ya ölümlə cəzalandırılan vətənə xəyanətdə mühakimə oluna bilər.
Prezident Yoonun impiçmenti üçün birgə təklif Milli Assambleyaya təqdim edilib və şənbə günü axşam səsvermə keçiriləcək.
Bu arada parlamentin qarşısına toplaşan böyük izdiham prezidentə etiraz əlaməti olaraq şam yandırıblar. Vətənə xəyanətdə mühakimə oluna biləcək Yun televiziyada hərbi vəziyyətin ləğv olunduğunu elan edəndən bəri ictimaiyyət qarşısına çıxmayıb.
Müxalifət parlamentariləri də cümə axşamı Cənubi Koreyanın nəzarət şurasının rəhbərini və üç yüksək səviyyəli prokuroru işdən çıxarmaq üçün səs veriblər. Cənubi Koreyada baş verən hadisələrdən sonra qonşu ölkələrdən reaksiyalar müxtəlif olub. Çinin xarici işlər naziri Vanq Yi vəziyyətin Seulun “daxili işi” olduğunu deyərək şərh verməkdən imtina edib.
Cənubi Koreya qanunlarına görə dövlətə xəyanət ölümlə cəzalandırılır. Hazırda ölüm hökmü qanuni olsa da, 1997-ci ildən bu yana ölkədə heç bir edam icra edilməyib.