Cənubi Koreya prezidenti qiyam ittihamlarından danışdı

Cənubi Koreya prezidenti qiyam ittihamlarından
Cənubi Koreya
Gündəm 17-12-2024 - 11:06

Parlamentin impiçmentindən sonra vəzifəsindən uzaqlaşdırılan Cənubi Koreya prezidenti Yun Seok-yeol hərbi vəziyyət elan etdiyi üçün ona qarşı irəli sürülən qiyam ittihamlarını rədd edib.

Ajans.az xəbər verir ki, bu barədə “Yonhap” mənbələrə istinadən məlumat yayıb.

“Prezident Yun Seok-yeol, onu mühakimə etmək üçün real bir ehtimal kimi qiyam ittihamlarını düşünmür”, - deyə, agentlik Cənubi Koreya liderinin vəkillərinin sözlərini yazır.

Yun Seok Yeolun nümayəndələri qeyd ediblər ki, o, məhkəmə iclaslarında öz mövqeyini öz qənaətinə uyğun inamla bildirmək niyyətindədir.

Dekabrın 14-də Koreya Respublikası Milli Assambleyasının üzvləri 204 səslə dövlət başçısının impiçmentini dəstəkləyiblər. Cənubi Koreya prokurorları daha sonra dindirilmək üçün prezident Yun Seok-yeola çağırış vərəqəsi göndərdilər, lakin o, buna məhəl qoymayıb və gəlməyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: