Cəlilabadda qazdan zəhərlənən 30 yaşlı kişi Bakıda öldü

Cəlilabadda qazdan zəhərlənən
Gündəm 17-12-2024 - 16:03

Cəlilabadda qaz sızmasından zəhərlənən kişi Bakıda ölüb.

Ajans.az xəbər verir ki, hadisə dekabrın 12-də Cəlilabad şəhərində baş verib. 30 yaşlı Rzayev Zaur Xanhüseyn oğlu yaşadığı evdə qaz sızmasından zəhərlənib. O, Bakıya Nərimanov Tibb Mərkəzinə gətirilib.

Lakin görülən tədbirlərə baxmayaraq, zərərçəkən dekabrın 16-da orada ölüb.

PAYLAŞ: