Bu xəstəxana saxtakarlıq edir: Cinayət işi başlanıldı! - RƏSMİ

Bu xəstəxana saxtakarlıq edir:
Hadisə 31-10-2024 - 12:51

Baş Prokurorluğun Mətbuat xidmətindən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin klininkanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: