Bu silahlar müharibənin gedişatını dəyişə bilər - Rus general

Bu silahlar müharibənin
Gündəm 04-04-2025 - 08:19

Rusiyada hazırlanmış lazer silahı Ukrayna münaqişəsinin gedişatını dəyişə bilər.

 Ajans.az xəbər verir ki, bu fikirləri aviasiya general-mayoru Sergey Lipovoy deyib.

“Bu silahın uğurla sınaqdan keçirilməsi bir daha təsdiqləyir ki, bizim silah dizaynerlərimiz və silah-müdafiə kompleksimiz hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək uğura imza atıblar”, - deyə general vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibədə lazer silahından istifadə etdiyini açıqlamışdı.

PAYLAŞ: