"Apple" reputasiyasını İTİRİR

Amerikanın texnologiya korporasiyası “Apple” dünyanın ən dəyərli şirkətləri siyahısında birinci yeri əsas rəqibi “Microsoft” a itirib.
Ajans.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.
Birləşmiş Ştatlarda ticarətin yekununda “Apple”ın ümumi bazar kapitallaşması 2,59 trilyon dollara düşüb. Həmin vaxta qədər “Microsoft”un dəyəri 2,64 trilyon dollara çatmışdı. Beləliklə, dünyanın ən bahalı şirkətləri reytinqində birinci və ikinci yerlər arasındakı fərq təxminən 50 milyard dollar təşkil edib.
Analitiklər liderliyi itirməsinin əsas səbəbi kimi “Apple”ın səhmlərinin qiymətinin uzun müddət aşağı düşməsini göstərirlər. Son dörd ticarət sessiyasında texnoloji nəhəngin bir səhminin qiyməti ümumilikdə 23 faiz ucuzlaşıb. Bu, ABŞ hakimiyyəti tərəfindən tətbiq edilən xarici avadanlıqlara idxal rüsumları fonunda baş verib.