Ərdoğan Trampdan icazə aldımı? – İmamoğlu ilə bağlı sual cavabsız qaldı

Ərdoğan Trampdan icazə aldımı? –
Gündəm 09-04-2025 - 16:51
 104

Prezident Rəcəb Tayyib Ərdoğan, AK Parti qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən, CHP lideri Özgür Özəlin "İmamoğlunu həbs etmək üçün Trampdan icazə aldılar" iddiasına münasibət bildirməkdən imtina edib.

Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. 

CHP-nin sədri Özgür Özəl, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunun korrupsiya ittihamları ilə həbsindən əvvəl Prezident Ərdoğanın ABŞ-nin prezidenti Donald Trampdan icazə aldığını iddia etmişdi.​

Bu iddia cəmiyyətdə geniş müzakirələrə səbəb olub və AK Parti qrup toplantısından sonra Prezident Ərdoğana da bu barədə sual verilib.​

Lakin Prezident Ərdoğan, koridorda mikrofon uzadan jurnalistin "CHP lideri Özəlin gündəmə gətirdiyi 'İmamoğlunu həbs etmək üçün Trampdan icazə aldılar' sözünü necə dəyərləndirirsiniz?" sualına cavab verməyib.​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: