Məzun günündə çıxış edərkən ÖLDÜ - Dünya bu görüntüdən DANIŞIR

Məzun günündə çıxış edərkən ÖLDÜ -
Dünya 09-04-2025 - 17:14
 705

Hindistanda "RG Shinde" Universitetində faciəli bir hadisə baş verib.

Ajans.az bildirir ki, son kursda təhsil alan 20 yaşlı tələbə Varsha Kharat, vida çıxışı zamanı huşunu itirərək yerə yıxılıb və xəstəxanada həyatını itirib.

Hadisənin görüntüləri sosial mediada geniş yayılıb və qısa zamanda viral olub. Gənc tələbə təcili olaraq Paranda bölgəsindəki dövlət xəstəxanasına aparılsa da, həkimlər onun artıq dünyasını dəyişdiyini bildiriblər.

Varsha Kharatın əmisi Dhanaji Kharat, qardaşı qızının daha öncə ürəklə bağlı ciddi sağlamlıq problemləri yaşadığını və təxminən yeddi il əvvəl bypass əməliyyatı keçirdiyini bildirib. Onun sözlərinə görə, Varsha əməliyyatdan sonra mütəmadi dərman istifadə edirdi, lakin vida günündə tələsik universitetə getdiyi üçün dərmanlarını qəbul etməyi unutmuşdu. 

Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: