Bu şəxslərin maaşı 35 faiz artıb - RƏSMİ

Bu şəxslərin maaşı 35 faiz artıb -
sertifikatlaşdırma
Gündəm 06-02-2025 - 17:26
 1488

2026-cı ilə qədər 135 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq.

Bu barədə Ajans.az-ın sualına cavab olaraq Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırma prosesinə qatılacaq.

Nazir qeyd edib ki, sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçən müəllimlərin maaşlarına artımlar ediləcək:

“Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq. Bu əlavələr 10 faizdən 35 faizə qədər olacaq və nəticədə orta əməkhaqqının artmasına səbəb olacaq. 2023-cü ilin fevral ayında orta əməkhaqqı 790 manat təşkil etmişdi”.

Sertifikatlaşdırmanın təhsil sektorunda keyfiyyətin artırılmasına töhfə verməsi gözlənilir.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: