Bu şəxs xəstəxanaya direktor TƏYİN OLUNDU

Bu şəxs xəstəxanaya  direktor
Gündəm 28-12-2024 - 20:33

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Ajans.az xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat verib.

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Afiq Fərruxov Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

A.Fərruxov 2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

A.Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib.

PAYLAŞ: