Kiyev Qərbə siqnal göndərir - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna pilotsuz təyyarələrinin Moskva və Moskva vilayətinə hücumu Qərbə siqnaldır.
Ajans.az xəbər verir ki, idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərlə keçirdiyi brifinqdə bu qənaətə gəlib.
“Ukrayna pilotsuz təyyarələrinin Moskvaya və Moskva vilayətinə hücumu Qərbə bir siqnaldır ki, o, indi Kiyevin bu cür dəlilikləri ilə üzləşməli olacaq”, – diplomat mətbuatla söhbətində yekunlaşdırıb.
Yada salaq ki, 2025-ci il martın 11-nə keçən gecə Kiyev rejimi 91 pilotsuz təyyarə ilə paytaxta və Moskva vilayətinə hücum edib. Xəsarət alanların və ölənlərin olduğu, mənzillərə ziyan dəydiyi qeyd edilir. Ölənlər arasında uşaqlar da var.