Bu ölkədə keçirilən seçkilərdə qanun pozuntularına dair ATƏT-dən CAVAB!
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Moldova hökumətinin respublikada keçirilən seçkilər zamanı qanun pozuntularını qeyri-rəsmi olaraq qəbul edib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti yazır.
“ATƏT-in mənzil-qərargahı etiraf edir ki, nə birinci, nə də ikinci turdan sonra təşkilatın strukturları fəaliyyətinə həlledici təsir göstərən aparıcı Qərb ölkələrinə, xüsusən də ABŞ-yə çoxsaylı pozuntu faktlarını açıqlamaq niyyətində deyil. Bu, Vaşinqton və onun müttəfiqlərinin (Moldovanın hazırkı prezidenti Mayanın - red.) ikinci müddətə yenidən seçilməsində və Kişinyovun kursunun davam etdirilməsində maraqlı olması ilə bağlıdır”, - deyə, qurumdan bildirib.